Çempionlar Liqası: "Brügge" bu gün tarixində ilk dəfə qrupdan çıxa bilər
Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun həyəcanı bu axşam davam edəcək.
mediasport.az xəbər verir ki, "A", "B", "C" və "D" qruplarından ümumilikdə 3 komanda vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazana bilər.
"Napoli" evdə "Ayaks"dan 1 xal alsa, qrupdan çıxacaq. Madriddə "Atletiko"nun qonağı olacaq "Brügge" qalib gəlsə, tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanacaq. "Bavariya" isə qrupdan çıxışını daha rahat rəsmiləşdirə bilər - bunun üçün evdə autsayder "Viktoriya"nı məğlub etmək lazımdır.
Çempionlar Liqası. Qrup mərhləsi. 4-cü tur
A qrupu
20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland)
23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə)
Xallar: "Napoli" - 9. "Liverpul" - 6. "Ayaks" - 3. "Reyncers" - 0.
B qrupu
20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika)
23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)
Xallar: "Brügge" - 9. "Bayer" - 3. "Portu" - 3. "Atletiko" - 3
C qrupu
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya)
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)
Xallar "Bavariya" - 9. "İnter" - 6. "Barselona" - 3. "Viktoriya" - 0
D qrupu
23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya)
23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)
Xallar: "Sportinq" - 6. "Tottenhem" - 4. "Ayntraxt" - 4. "Marsel" - 3.