"Qarabağ"ın iki rəqibi çempionluğa namizəd komandaların siyahısında

"Qarabağ"ın iki rəqibi çempionluğa namizəd komandaların siyahısında

"Score 90" portalı Avropanın ən baxımlı futbol ölkələrinin liqalarında çıxış edən komandaların çempionluq ehtimallarını dəyərləndirib.

Mediasport.az xəbər verir ki, sıralamada İspaniya La Liqası, İngiltərə Premyer Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası, Fransa Liqa 1, Portuqaliya Superliqası və Niderland Erediviziyasından olan klublar yer alıblar.

Bu mövsüm UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ"a rəqib olmuş "Tottenhem" və "Ayaks"ın da adı qızıl medala namizədlər arasındadır.

La Liqa: "Barselona" (55 faiz), "Real" (37 faiz), "Atletiko" (6 faiz), "Atletik" (1 faiz), "Vilyarreal" (1 faizdən daha az).

Premyer Liqa: "Mançester Siti" (37 faiz), "Liverpul" (33 faiz), "Arsenal" (21 faiz), "Çelsi" (5 faiz), "Tottenhem" (2 faiz).

İtaliya A Seriyası: "İnter" (48 faiz), "Napoli" (22 faiz), "Yuventus" (11 faiz), "Atalanta" (8 faiz), "Fiorentina" (4 faiz).

Almaniya Bundesliqası: "Bayern" (82 faiz), "Bayer" (10 faiz), "Leyptsiq" (5 faiz), "Borussiya" (Dortmund, 2 faiz), "Ştuttqart" (1 faiz).

Fransa Liqa 1: PSJ (81 faiz), "Monako" (11 faiz), "Olimpik" (Marsel, 5 faiz), "Lill" (2 faiz), "Lans" (1 faiz).

Superliqa: "Sportinq" (58 faiz), "Portu" (25 faiz), "Benfika" (16 faiz), "Braqa" (1 faiz), "Vitoriya" (Gimaraynş, 1 faizdən daha az).

Erediviziya: PSV (78 faiz), "Ayaks" (11 faiz), "Feyennord" (7 faiz), "AZ Alkmaar" (2 faiz), "Tvente" (1 faiz).

Rövşən ƏLİSOY