"Beşiktaş" İstanbulda "Luqano" ilə qarşılaşacaq - UEFA Avropa Liqası
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Mediasport.az xəbər verir ki, Türkiyə təmsilçisi "Beşiktaş" evdə "Luqano"nu qəbul edəcək.
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ikinci matçında darmadağın etdiyi "Ludoqorets" Moldova klubu ilə qarşılaşacaq.
UEFA Avropa Liqası. Pley-off mərhələsi. Cavab oyunları
29 avqust
21:00 "Petrokub" (Moldova) - "Ludoqorets" (Bolqarıstan) (ilk oyun - 0:4)
21:00 APOEL (Kipr) - RFŞ (Latviya) (ilk oyun - 1:2)
21:00 "Elfsborq" (İsveç) - "Mölde" (Norveç) (ilk oyun - 1:0)
22:00 "Ayaks" (Niderland) - "Yagelloniya" (Polşa) (ilk oyun - 4:1)
22:00 "Beşiktaş" (Türkiyə) - "Luqano" (İsveçrə) (ilk oyun - 3:3)
22:00 "Anderlext" (Belçika) - "Dinamo" (Minsk, Belarus) (ilk oyun - 1:0)
22:30 "Styaua" (Rumıniya) - LASK (Avstriya) (ilk oyun - 1:1)
22:45 "Harts" (Şotlandiya) - "Viktoriya" (Plzen, Çexiya) (ilk oyun - 0:1)
23:00 "Şamrok" (İrlandiya) - PAOK (Yunanıstan) (ilk oyun - 0:4)
23:00 "Rapid" (Vyana, Avstriya) - "Braqa" (Portuqaliya) (ilk oyun - 1:2)
23:00 "Baçka Topola" (Serbiya) - "Makkabi" (Təl-Əviv, İsrail) (ilk oyun - 0:3)
23:00 "Boraç" (Bosniya və Herseqovina) - "Ferensvaroş" (Macarıstan) (ilk oyun - 0:0)