Serxio Aquero futbola qayıdıb "Barselona" ilə anlaşdı - RƏSMİ
Ötən il ürəyindəki problemə görə futbolla vidalaşan Argentina milli komandasının keçmiş hücumçusu Serxio Aquero peşəkar karyerasını bərpa edib.
mediasport.az xəbər verir ki, 34 yaşlı hücumçu Ekvadorun "Barselona" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
Aquero 2021-ci ildə "Barselona"da çıxış edərkən ürəyində problem aşkarlanmış, karyerasını başa vurmuşdu.