Şuşa rayon birinciliyinin qalibləri müəyyənləşib - SİYAHI

Şuşa rayon birinciliyinin qalibləri müəyyənləşib - SİYAHI

Qarabağ Regional və Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa UGİM və "Ocaq Sport" klubunun birgə təşkilatçılığı ilə 2015, 2016 və 2017-ci il təvəllüdlü qızlar arasında bədii gimnastika üzrə rayon birinciliyi başa çatıb.

Mediasport.az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışda 20 gimnast iştirak edib.

2015 təvəllüdlü idmançılar alətlə, digərləri alətsiz çıxış ediblər. Turnirin keçirilməsində məqsəd kiçik yaşlı uşaqlar arasında bu növə marağın artırılmasıdır.

1-ci, 2-ci və 3-cü yeri tutan idmançılar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.

2015-ci il təvəllüdlü gimnastlar

1. Mira Özəl (lent)

2. Fatimə Həsənov (lent)

3. Xəzra Qasımlı (lent)

2016-cı il təvəllüdlü gimnastlar

1. Nilay Quliyeva

2. Lalə Heydərli

3. Aylin Əliyeva

2017-ci il təvəllüdlü gimnastlar

1. Leyli Qayıblı

2. Nilay Şahbazova

3. Leyla Əliyeva