Gimnastlarımız Bolqarıstanda Dünya Kubokunda iştirak edəcəklər

Gimnastlarımız Bolqarıstanda Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycanın idman gimnastları Bolqarıstanın Varna şəhərində Çelenc seriyalı Dünya Kubokunda iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, ölkəmiz Mənsum Səfərov, Murad Ağarzayev, Rəsul Əhmədzadə və Nazənin Teymurova ilə təmsil olunacaq.

Mayın 23-25-də keçiriləcək yarışda Əhmədzadə dörd, Səfərov üç, digər gimnastlarımız iki növdə mübarizə aparacaqlar.