Gimnastımız Portuqaliyada Dünya Kubokunda iştirak edəcək

Gimnastımız Portuqaliyada Dünya Kubokunda iştirak edəcək

Azərbaycan bədii gimnastı İlona Zeynalova Portuqaliyanın Portimao şəhərində start götürəcək "Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.

Mediasport.az xəbər verir ki, mayın 10-da start götürəcək yarışda təmsilçimiz idmançı məşqçi Aleksandra Reyşin rəhbərliyi altında mübarizə aparacaq.

Dünya Kubokuna mayın 13-də yekn vurulacaq.

Azərbaycan Gimnastika Federasiyasının hakimi Yevgeniya Vilyayeva turnirdə ədaləti qoruyacaq.