Təcili Tibbi Yardım maşınına görə 3 klub cəzalandı
İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, iclasda bəzi qərarlar qəbul edilib, klublar cəzalandırılıb.
I Divizionun XII turunun “Zirə-2” – “Zaqatala” oyununda “Zirə-2” komandasının 88 nömrəli oyunçusu Elmar Rəhimov matçın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2);
“Sumqayıt-2” – “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” komandası 160 manat cərimə edilsin (maddə 59.4.);
“Kəpəz-2” – “İmişli” oyununda polis əməkdaşı oyun öncəsi iclasa gecikdiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilsin (maddə 62.2.); Oyunda Təcili Tibbi Yardım maşını matça təyin olunan vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 160 manat cərimə edilsin (maddə 59.4.);
“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası oyunun protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə edilsin (maddə 54);
“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);
MOİK – “Mingəçevir” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 160 manat cərimə edilsin (maddə 59.4.);
“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” oyununda “Araz Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).