"Neftçi"də növbəti ayrılıq

"Neftçi"də növbəti ayrılıq

"Neftçi" daha bir futbolçu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar" Ataa Caberlə vidalaşıb.

2022-ci ilin iyununda transfer olunmuş oyunçu "ağ-qaralar"ın heyətində 58 rəsmi oyuna çıxıb, 9 qol vurub.

Paytaxt təmsilçisi öncədən yarımmüdafiəçi Eddi İsrafilov və qapıçı Aqil Məmmədovla əməkdaşlığa son qoyub.