Ramil Şeydayev: "Yazmışdılar ki, guya, bilərəkdən etmişəm, belə deyildi"
"Qarabağ"ın futbolçusu Ramil Şeydayev Avroliqanın 4-cü turunun "Olimpiakos"la matçı barədə fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, millimizin forvardı sabah yekun nəticənin xeyirimizə olacağına inandığını deyib.
"Ümidvaram ki, sabah hər şey bizim xeyrimizə olacaq. Heç kim asan oyun olacağını düşünmür. Çətin olacaq. "Olimpiakos" revanş almaq istəyəcək. Amma sabah biz də qələbə üçün oynayacağıq. İnanıram ki, bu bizdə alınacaq. Sabah hamını stadionda gözləyirəm.
Səfərdəki qoldan sonra sevincin çox müzakirə olundu. Bu, yunan azarkeşlərə olan qıcığından irəli gəlirdi?
- Sadəcə qola sevindim. Daxili emosiyaların partlayışı deyildi. Yazmışdılar ki, guya, bilərəkdən etmişəm. Amma belə deyildi.