Təmsilçimiz yoxlama oyunlarında ruslarla və türklərlə qarşılaşacaq

  Təmsilçimiz yoxlama oyunlarında ruslarla və türklərlə qarşılaşacaq

Türkiyənin paytaxtı Ankara şəhərində təlim-məşq toplanışı keçiriləcək "Sumqayıt"ın yoxlama oyunlarındakı iki rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi iyulun 7-də Rusiya Premyer Liqasında çıxış edən "Orenburq", iyulun 12-də isə Türkiyə 1-ci Liqasında mübarizə aparan "Gənclərbirliyi" ilə qarşılaşacaq.

Digər rəqiblər barədə isə qarşıdakı günlərdə məlumat veriləcək.