"Rəqibin heç bir şansı olmadı"
"Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Mediasport.az xəbər verir ki, əvvəlcə görüş haqqınd adnaışan rumın 0:1 hesablı çəğlubiyyəti şərh edib:
- Bizim üçün uğursuz matç alındı. Bir epizod buraxdıq, o da qola səbəb oldu. Halbuki oyunda diqtə edən tərəf biz idik. Hər iki yarıda qol şanslarımız yarandı. Düzgün dəyərləndirə bilmədik.
Çox eksperiment edirsiz. Optimal heyəti müəyyənləşdirmisiz?
- Penaltini çıxmaq şərtilə, müdafiə xətti yaxşı oynadı. Rəqibin heç bir şansı olmadı. Dəyişikliklər olur. Sırf bugünkü görüşdə rəqibə təhlükəli epizod vermədik. Sadəcə, penalti oldu.
Qara Qarayev hansı planda sizi narazı saldı ki, əvəzlədiz?
- Özünüz də bilirsiz ki, Qara zədələndi. Məcburiyyətdən onu dəyişdik. Başqa bir şey yoxdur. Ümumiyyətlə, oyun baxımından kifayət qədər normal idik. Penalti epizodu bizim üçün ağır nəticələndi. Ona görə daha diqqətli olmalıyıq. Xüsusən əks-hücumlarda.
"Sumqayıt"la matçdan sonra demişdiz ki, əyninizdəki pencək sizə uğur gətirir. Fikrinizdə qalırsız?
- Bəli, mən hələ də belə düşünürəm.
Müdafiədə yaxşı oynadığınızı dediniz. Amma rəqib qapısı qarşısında təhlükəli qol epizodlarınız da çox deyildi...
- Rəqib 10 nəfərlə müdafiə olunurdu. Hər iki epizodda şans yaratdıq. Sadəcə, rəqib bütünlüklə müdafiə olunurdu. Biz nə qədər qol epizodu yarada bilərdik?
Bu gün daha iki futbolçu "Neftçi"də debüt etdi. Reziuan Mirzov və Lukas Melano haqda nə deyə bilərsiz?
- Hər ikisi yenidir, onlara adaptasiya üçün vaxt lazımdır. Bu gün də az oynadılar. Düzdür, tam istədiyimiz formada deyillər. Oyundan-oyuna formaya düşüb komandaya tam uyğunlaşacaqlar.