Rəşad Sadıqovun "Zirə"dən yola salacağı ilk futbolçu müəyyənləşib
Mövsümün sonunda "Zirə"dən ayrılacaq ilk futbolçu məlum olub.
Mediasport.az saytına verilən məlumata görə, baş məşqçi Rəşad Sadıqovun etimad göstərmədiyi Dimitrios Çantakiasla anlaşmanın müddəti artırılmayacaq.
"Qartallar"la müqaviləsi mayın sonunda başa çatacaq yunana özünə komanda tapması məsləhət görülüb.
2020-ci ildən Azərbaycan klubunda forma geyinən 29 yaşlı mərkəz müdafiəçisi, güman ki, vətəninə qayıdacaq.
Onunla Yunanıstanın "Panserraikos" klubu maraqlanır.
Hələ 2022-ci ildə transferə çıxarılandan sonra geri qaytarılan Çantakias "Zirə"nin heyətində 103 oyuna 6 qol vursa da, cari mövsüm ehtiyat skamyanın daimi sakinidir.