Teymur Rəcəbov “Tata Steel Chess” turnirində ikinci yeri tutub
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində uğurlu çıxış edib.
Mediasport.az xəbər verir ki, 36 yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində ikinci yeri tutub.
Təmsilçimiz 9 oyundan 5,5 xal toplayıb, birinci yerə 7 xalla fransalı Maksim Vaşye-Laqrav çıxıb.
Yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər.
Turnirdə, həmçinin, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) də mübarizə aparırlar.