"VIl Altın Kayısı": Şahmatçılarımız Türkiyədə dörd medal qazandılar
Türkiyənin Malatya şəhərində "VIl Altın Kayısı" adlı Beynəlxalq Şahmat turniri keçirilib.
Mediasport.az xəbər verir ki, Naxçıvan Şəhər Uşaq Gənclər Şahmat Məktəbinin müəllim və şagirdləri da yarışda iştirak ediblər.
Beynəlxalq usta Toğrul Həsənzadə "A" qrupunda mükafatçılar sırasında yer alaraq medal və pul mükafatına sahib çıxıb. Qadın FİDE Ustası Nəsrin Babayeva "A" qrupunda qadınlar arasında 3-cü olub.
Azyaşlı şahmatçılarımız Lətif Muradlı və Yasin Əzimov müvafiq yaş kateqoriyalar üzrə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksən pilləsinə yüksəliblər.
26-31 avqustda keçirilən yarışda 15 ölkədən 440 idmançının qatıldığı yarışıb.