Tite istefa verdi
Qətərdə keçirilən Dünya çempionatında uğursuzluq Braziliya yığmasının baş məşqçisi Titenin (Adenor Leonardo Bakşi) vəzifəsindən getməsi ilə yekunlaşıb.
mediasport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis 1/4 finalda Xorvatiya millisinə penaltilər seriyasında məğlubiyyətdən sonra istefa verib.
2016-cı ildən "sambaçılar"ı çalışdıran "filosof" ləqəbli məşqçi görüş başa çatan kimi qərarını açıqlayıb: "Bu seçimi əvvəldən etmişdim. Artıq mənim zamanım geridə qaldı".