Dünya çempionatlarında ən çox qol vuran futbolçular - SİYAHI

Dünya çempionatlarında ən çox qol vuran futbolçular - SİYAHI

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri dünya çempionatlarının final mərhələlərində ən çox qol vuran futbolçuların siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, 34 oyunçunun yer aldığı sıralamaya Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze başçılıq edir. Veteran fovard 24 oyuna 16 qol vurub.

Braziliya yığmasının əfsanəvi hücumçusu Ronaldo ikinci, digər almaniyalı məşhur Herd Müllerlə fransız Jüst Fonten 3-4-cü yerləri bölüşdürür.


Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular


1. Miroslav Kloze (Almaniya) – 16 qol

2. Ronaldo (Braziliya) – 15 qol

3-4. Herd Müller (Almaniya) – 14 qol

Just Fonten (Fransa) – 14 qol

5-6. Lionel Messi (Argentina) – 13 qol

Pele (Braziliya) – 13 qol

7-8. Kilian Mbappe (Fransa) – 12 qol

Şandor Koçiş (Macarıstan) – 12 qol

9-10. Yürgen Klinsmann (Almaniya) – 11 qol

Helmut Ran (Almaniya) – 11 qol

11-15. Qari Lineker (İngiltərə) – 10 qol

Qabriel Batistuta (Argentina) – 10 qol

Teofilo Kubilyas (Peru) – 10 qol

Tomas Müller (Almaniya) – 10 qol

Qjeqoj Lyato (Polşa) – 10 qol