DÇ-2022: Yarımfinal - Argentina böyükhesablı qələbə ilə finala çıxdı

DÇ-2022: Yarımfinal -  Argentina böyükhesablı qələbə ilə finala çıxdı

Dünya Kuboku-2022-də ilk finalçı məlum olub.

mediasport.az xəbər verir ki, dördilliyin zirvə yarışının həlledici matçına vəsiqə uğrunda Argentina və Xorvatiya milliləri qarşılaşıblar.

Son iki Dünya çempionatının finalçılarının qarşıdurmasında inamlı qələbə qazanan cənubi amerikalılar həlledici matça vəsiqə qazanıblar. Xorvatlar isə üçüncülük uğrunda oynayacaqlar.


Dünya Kuboku-2022. 1/2 final mərhələsi

23:00. Argentina - Xorvatiya 3:0

Qollar: Lionel Messi, 34-pen., Julian Alvares, 39, 69.

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu