Dünya Kubokunda daha bir FACİƏ: 8-ci mərtəbədən yıxılaraq öldü
Qətərdə keçirilən 22-ci Dünya Kubokunda daha bir bədbəxt hadisə qeydə alınıb.
mediasport.az xəbər verir ki, "Lusail" stadionunda mühafizəçi işləyən 24 yaşlı keniyalı Con Njue Kibue hündürlükdən yıxılaraq ağır travma alıb.
3 gün xəstəxanada müalicə alsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Bacısı Ann Vanjiru Conun 8-ci mərtəbədən yıxılaraq öldüyünü bildirib. Mühafizəçiyə ağır kəllə-beyin travması, üz sınığı və çanaq sümüyü sınığı diaqnozu qoyulub.
Daha əvvəl mundialda ABŞ-dan olan jurnalist oyun zamanı ürəktutmasından həyatını itirmişdi.