"Turan Tovuz" Türkiyəyə yollandı

"Turan Tovuz" Türkiyəyə yollandı

Yeni mövsümün hazırlığının ilk mərhələsini başa vuran "Turan Tovuz" təlim-məşq toplanışının ikinci mərhələsi üçün qardaş Türkiyəyə yollanacaq.

Mediasport/az xəbər verir ki, iyulun 13-dən 26-dək Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər haqda əlavə məlumat veriləcək.