Azərbaycanda oynayacaq fransalı: "Neftçi” ilə görüşü izlədim"

Azərbaycanda oynayacaq fransalı: "Neftçi” ilə görüşü izlədim"

“Araz-Naxçıvan”ın yeni transferi Aksel Nqando klub saytına açıqlama verib.

Mediasport.az xəbər verir ki, 30 yaşlı fransalı yarımmüdafiəçi Azərbaycana gəldiyi üçün şad olduğunu deyib:

“Yeni komandamda yaxşı mövsüm keçirməyi arzulayıram. Yeni müqavilə, yeni ölkə, yeni çağırış və yeni təcrübə deməkdir. Çalışacam ki, komandama faydalı olum, əsas heyətdə özümə yer edim".

Fransa yığmasının keçmiş üzvü Premyer Liqaya yeni yüksələn “Araz-Naxçıvan” yaxşı çıxış etdiyini bildirib: "Neftçi” ilə görüşü izlədim, qələbə münasibəti ilə futbolçularımızı təbrik etdim. Ümid edirəm ki, bu komanda ilə çoxlu qələbələr, kubok və medallar qazanacağıq. Maraqlı bir kollektivimiz var”.

Qeyd edək ki, Naxçıvan təmsilçisi Nqando ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.