"Qol imkanlarından yenə də istifadə edə bilmədik" - Qurbanov

"Qol imkanlarından yenə də istifadə edə bilmədik" - Qurbanov

"Asan oyun olmadı. Matça yaxşı başladıq. Rəqib də qalib gəlmək istəyirdi. Topa daha çox yiyələndilər. Ancaq əks-hücumda hesabı artırmaq imkanlarımız yaranırdı. Əfsuslar olsun ki, əksər oyunlarda olduğu kimi, qol imkanlarından yenə də istifadə edə bilmədik. Ancaq komandadan razı qaldım. Bizi narahat edən futbolçularımızın zədələnməsidi. Emil Balayev zədələndi, Ruslan Hacıyevin köhnə zədəsini yeniləndi".

MediaSport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 9-cu turunun "Sumqayıt"la görüşündən sonra "Səbail"in baş məşqçisi Mahmud Qurbanov deyib.

Mütəxəssis 1:0 hesablı qələbəni belə şərh edib: "Mərkəz müdafiəçilərimiz yox idi deyə, Cabir Əmirli ilə Nihad Qurbanlını həmin mövqedə oynatdıq. Müdafiə xəttimiz yaxşı çıxış etdi. "Sumqayıt"ın qol epizodu olmadı. Uşaqları təbrik edirəm, onlar əllərindən gələni etdi. Samirin əvəzlənməsinə gəlincə, əslində, ilk yarının bitməsini gözləyirdim. Ruslan Hacıyevin zədəsi olduğu üçün Samiri onun mövqeyində oynatdıq. Amma bu, onda yaxşı alınmadı. Məhz bu səbəbə görə məcburiyyətdən əvəzləməyə getdik. Ruslanda daha çox kreativlik var, sürətlidi. Onu meydana buraxmaqla risk etdik".