"Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyədə sevinə bilmədilər
UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 8 matç keçirilib.
Azərbaycan millisi Tallində Estoniyaya uduzub.
Yığmamızın C Liqasının 1-ci qrupundakı digər görüşündə Slovakiya - İsveç dueli baş tutacaq. Görüş məhsuldar heç-heçə ilə bitib.
Türkiyə doğma azarkeşlər önündə "Qarabağlı" Marko Yankoviçin və "Neftçi"li Edvin Kuçun da çıxış etdiyi Monteneqronu üstələyib.
Ağdam təmsilçisinin futbolçusu Yankoviç 61-ci dəqiqədə oyuna startda başlayan "ağ-qaralar"ın oyunçusu Kuçu əvəzləyib.
UEFA Millətlər Liqası. 3-cü tur
A Liqası. 3-cü qrup
Macarıstan - Niderland 1:1
Bosniya və Herseqovina - Almaniya 1:2
Xal durumu: Almaniya - 7, Niderland - 5, Macarıstan - 2, Bosniya və Herseqovina - 1
B Liqası. 1-ci qrup
Ukrayna - Gürcüstan 1:0
Çexiya - Albaniya 2:0
Xal durumu: Gürcüstan - 6, Çexiya - 6, Albaniya - 3, Ukrayna - 3
B Liqası. 4-cü qrup
Türkiyə - Monteneqro 1:0
İslandiya - Uels 2:2
Xal durumu: Türkiyə - 7, Uels - 5, İslandiya - 4, Monteneqro - 0.
C Liqası. 1-ci qrup
Estoniya - Azərbaycan 3:1
Slovakiya - İsveç 2:2
Xal durumu: İsveç - 7, Slovakiya - 7, Estoniya - 3, Azərbaycan - 0