UEFA Millətlər Liqasının qalibi penaltilərlə müəyyənləşdi - VİDEO
Niderlandda keçirilən futbol üzrə UEFA Millətlər Liqasının "Dördlərfinalı" yekunlaşıb.
MediaSport.az xəbər verir ki, qalib ispaniya yığması olub.
Pireney təmsilçisi xorvatlarla 120 dəqiqə davam edən qolsuz heç-heçədən sonra penaltilərdə daha dəqiq olublar. Beləcə, İspaniya millisi ilk dəfə turnirin qalibi adını qazanıb. 3-cü pilləni isə meydan sahibi Niderland yığmasına qalib gələn İtaliya futbolçuları tutublar.
Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019) və Fransa (2021) yığmaları olublar. Növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər keçirilməsi nəzərdə tutulub.
UEFA Millətlər Liqası. “Dördlər finalı”
3-cü yer uğrunda
Niderland – İtaliya 2:3
Qollar: Berqvin, 68. Viynaldum, 89 – Dimarko, 6. Frattezi, 20. Kyeza, 72.
Baş hakim: Qlenn Nyberq
Final
Xorvatiya – İspaniya 0:0 (penaltilər 4:5)
Baş hakim: Feliks Zvayer