Məmmədyarov Hindistanda

Məmmədyarov Hindistanda

Hindistanın Kəlküttə şəhərində “Tata Steel Chess India Rapid 2022” şahmat superturniri start götürür.

mediasport.az xəbər verir ki, yarışda Azərbaycanı beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edəcək.

Yarışda hər gün 3 tur keçiriləcək. Məmmədyarov bu gün hindistanlı şahmatçılar Dommaraju Qukeş, Sethuraman Panayappan Sethuraman və ABŞ şahmatçısı Uesli So ilə görüşəcək. Turnir dekabrın 12-dək davam edəcək.