Şuşa klubu avrokuboklarda 1/16 finala vəsiqə qazanıb

Şuşa klubu avrokuboklarda 1/16 finala vəsiqə qazanıb

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” Çelenc kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb. 

Mediasport.az xəbər verir ki, Şuşa təmsilçisinin 1/32 finalda rəqibi Slovakiyanın “Spartak” klubu olub.

Bu gün komandalar arasında cavab oyunu keçirilib. Dünən 3:0 hesabı ilə qələbə qazanan debutant ikinci dueldə də rəqibini məğlub edib (3:1) və 1/16 finala yüksəlib.

Növbəti mərhələdə “Xarı Bülbül Şuşa” Yunanıstanın “Panathinaikos ATHENS” klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq. Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.


Çelenc kuboku. 1/32 final mərhələsi. Cavab oyunu


“Spartak” - “Xarı Bülbül Şuşa” 1:3 (22:25, 25:22, 21:25, 21:25)

İlk matç - 3:0 (25:23, 25:21, 27:25)