Azərbaycanlı məşqçilər beynəlxalq konversiyada iştirak edəcək

Azərbaycanlı məşqçilər beynəlxalq konversiyada iştirak edəcək

Sentyabrın 14-15-də Bolqarıstanın paytaxtı Sofiyada Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə məşqçi-müəllimlərin beynəlxalq konversiyası keçiriləcək.

Mediasport.az xəbər verir ki, 53 ölkənin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə Azərbaycandan 4 məşqçi - Rəvan Mehdiyev, Vüqar Əliyev, Tural Teymurov və Qəmzə Cəfərzadə öz biliklərini daha da genişləndirmək üçün qatılacaqlar.

2 gün davam edəcək konversiyada orta məktəb müəllimləri, aşağı yaş qruplarında məşq keçən məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaqlar.