Vurğun Hüseynov "Xəzər Lənkəran"la başlanan yolda 200-ə çatdı

Vurğun Hüseynov "Xəzər Lənkəran"la başlanan yolda 200-ə çatdı

Premyer Liqanın 14-cü turunun "Şamaxı" ilə səfər qarşılaşması "Sumqayıt”ın kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub.

mediasport.az xəbər verir ki, təcrübəli müdafiəçi "gənclik şəhəri" təmsilçisinin heyətində 200-cü oyununu keçirib.

2013/2014-cü illər mövsümündən Sumqayıt klubunda forma geyinən Vurğunun debütü “Xəzər Lənkəran”la oyuna təsadüf edib (04.08.2013). O, meydanda olduğu 200 qarşılaşmada 2 qol vurub.