"Qəbələ" Belçikadan Əyyubu gətirdi
“Qəbələ” qış transfer dönəmində ilk transferini rəsmiləşdirib.
mediasport.az xəbər verir ki, “qırmızı-qaralar” Mərakeş əsilli belçikalı futbolçu Əyyub Allaşla müqavilə imzalayıblar.
25 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan sözləşməyə qol çəkib. Onun son klubu Belçika “Virton”u olub.
Karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib. Futbolçu 2015-ci ildə Mərakeşin U-20 millisinin heyətində oyun keçirib.