Mehdi Cənnətov üçün yubiley

Mehdi Cənnətov üçün yubiley

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sabah"la qarşılaşıb (1:3).

Mediasport.az xəbər verir ki, "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov "gənclik şəhəri" təmsilçisinin heyətində 100-cü matçına çıxıb.

Qolkiper bu klubda keçirdiyi 100 oyunda 124 qol buraxıb.

Dəri əlcək sahibinin Premyer Liqada debütü 26 avqust 2017-ci il, "Zirə" ilə səfər matçında baş tutub (1:3).

2017-21-ci illərdə "Sumqayıt" forması geyinən qapıçı 2023-cü ilin yayında yenidən komandaya qayıdıb.