Xanna Əliyeva Almaniyada beynəlxalq turnirdə ikinci olub

Xanna Əliyeva Almaniyada beynəlxalq turnirdə ikinci olub

Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS 2024" beynəlxalq turnirində medal qazanıb.

Mediasport.az xəbər verir ki, pnevmatik tapançadan atəş üzrə mübarizə aparan təmsilçimiz gümüş medal əldə edib.

O, 235.2 xalla ikinci nəticə göstərib.

Yarış martın 24-nə qədər davam edəcək.