Azərbaycan idmançıları İspaniyadan 2 medalla qayıdırlar - Dünya çempionatı

Azərbaycan idmançıları İspaniyadan 2 medalla qayıdırlar - Dünya çempionatı

Azərbaycan idmançıları İspaniyanın Santa-Susanna şəhərində keçirilən bodibildinq üzrə Dünya çempionatında 2 medal qazanıblar.

mediasport.az xəbər verir ki, təmsilçimiz Vüqar Verdiyev “Masters” kateqoriyasında 90 kiloqram çəki dərəcəsində çıxış edib və gümüş medala sahib olub.

“Men’s Physique” kateqoriyasında boyu 182 santimetr olan idmançıların yarışında mübarizə aparan Əli Qurbanlı yarışı üçüncü pillədə başa vurub.

Bodibildinq yarışlarında çıxış edən Fuad Quluzadə (100 kq) beşinci, Nizami Misirov (85 kq) səkkizinci, “Men’s Physique” kateqoriyasında mübarizə aparan Fövqi Əfəndiyev isə beşinci olublar.

V.Verdiyev bu il Avropa çempionatında da gümüş medal qazanıb. Ə.Qurbanlı ötən il Dünya çempionatında bürünc mükafat əldə edib, bu il isə qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.