Yarı Göygöldə, yarı Bolqarıstanda

Yarı Göygöldə, yarı Bolqarıstanda

Qadınlardan ibarət millimizin üzvləri 2 fərqli məkanda məşqlərini davam etdirir.

MediaSport.az xəbər verir ki, yığmanın bir neçə üzvü baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışı keçir. İyulun 5-də start götürən hazırlıq prosesi 20 gün davam edəcək. Qadın güləşçilərimiz daha sonra “Poland Open” turnirində iştirak etmək üçün Varşavaya yollanacaq.

Komandanın digər üzvləri, o cümlədən qadın güləşi üzrə U-20 və U-17 millilərimiz isə böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Rövşən Umudov, Ağahüseyn Mustafayev və Solmaz Adilovanın rəhbərliyi altında Göygöldə toplanış keçir. İyulun 2-də fiziki hazırlığın yüksəldilməsi məqsədilə startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək.