Berdıyev milli komandamıza gəlir? - O, klubundan bu gün ayrılacaq

Berdıyev milli komandamıza gəlir? - O, klubundan bu gün ayrılacaq

Tanınmış rusiyalı məşqçi Qurban Berdıyev fəaliyyətini Azərbaycanda davam etdirə bilər.

Mediasport.az xəbər verir ki, bir müddətdir adı Azərbaycanın futbol millisilə yanaşı hallandırılan 71 yaşlı mütəxəssis baş məşqçisi olduğu Rusiyanın "Dinamo" klubundan ayrılacaq.

Rusiya mətbuatı yazır ki, təcrübəli məşqçi Mahaçkala təmsilçisi ilə bu gün vidalaşacaq.

Qeyd edək ki, Berdıyev "dinamoçular"a 2023-cü ilin yayından rəhbərlik edir.