Azərbaycan yığma komandaları bu gün Hindistan və Ukraynaya qarşı

Azərbaycan yığma komandaları bu gün Hindistan və Ukraynaya qarşı

Macarıstanın paytaxtı Budapeştdə Ümumdünya Şahmat Olimpiadasında 5-ci turun görüşlərinə start verilir.

Mediasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Hindistanla qarşılaşacaq.

Qadınlardan ibarət komandamız isə Ukrayna ilə üz-üzə gələcək.

Yarışın turnir cədvəlində kişilərdən ibarət millimiz 8 xalla beşincidir.

Qadınlardan ibarət yığmamız 7 xalla 12-ci sırada qərarlaşıb.