“Vüqar Həşimov Memorialı”: Yarış ilk dəfə Şuşada təşkil ediləcək
Şahmat üzrə "Vüqar Həşimov Memorialı" bu il Şuşada keçiriləcək.
Mediasport.az xəbər verir ki, ilk dəfə Şuşada keçiriləcək turnirin sayca onuncusu avqustun 27-31-i aralığında baş tutacaq.
Bu haqda Gənclər və İdman Nazirliyi tərəfindən açıqlanan il ərzində Azərbaycanda təşkil olunacaq beynəlxalq idman tədbirlərinin siyahısında qeyd olunub.
Xatırladaq ki, bu superturnir 2023-cü ildə Qəbələdə keçirilib. Hindistan təmsilçisi Vidit Santoş Qucrati həmin yarışın qalibi olub.