"Şah" qələbə ilə başladı
Norveçin Stavanger şəhərində "Norway Chess" superturniri start götürüb.
mediasport.az xəbər verir ki, ölkəmizi bu yarışda milli komandamızın lideri Şəhriyar Məmmədyarov təmsil edir.
Turnirdə Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Aniş Giri (Niderland), Dommaraju Qukeş (Hindistan), Alireza Firuzca (Fransa) və Nodirbek Abdusattorov (Özbəkistan) da mübarizə aparır.
"Şah" ilk turda Aryan Tari ilə qarşılaşıb. Görüşdə heç-heçə qeydə alındığından tərəflər Armageddonda münasibətləri aydınlaşdırıb. 38 yaşlı təmsilçimiz rəqibindən üstün olub.
Reqlamentə uyğun olaraq qələbəyə görə 3 xal verilir, heç-heçə olduğu halda isə rəqiblər Armageddonda güclüləri müəyyənləşdirir. Bu halda qalib 2, uduzan 1 xal qazanır.
Qrossmeysterimiz II turda Fransanı təmsil edən iranəsilli Əlirza Firuzca ilə üz-üzə gələcək.