"Azərsun" Avropa çempionu olub

"Azərsun" Avropa çempionu olub

Türkiyənin Antalya şəhərində keçirilən Avropa Minifutbol Federasiyasının “Euro Business Cup” şirkətlər turnirində “Azərsun” komandası 1-ci yeri tutub.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi finalda Rumıniyanın “Dedeman Oradea” kollektivi ilə qaşılaşıb.

Görüş "Azərsun"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.