Yeni mövsüm sürprizsiz başlanıb: Son çempion və "Zirə" qalib gəlib

Yeni mövsüm sürprizsiz başlanıb: Son çempion və "Zirə" qalib gəlib

Mini-futbol üzrə Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümünə start verilib.

Mediasport.az xəbər verir ki, 16 komandanın mübarizə apardığı yarışın ilk turunda süpriz nəticə qeydə alınmayıb.

Çempionatın son qalibi "Birbaşa Bakı" və gümüş medalçı "Zirə" mövsümə inamlı qələbə ilə başlayıb.

Yeni yaradılan və heyətinin 10-dan çox üzvü böyük futbolda millimizin keçmiş oyunçuları olmuş "İnter" də ilk turda qalib gəlib.


Azərbaycan çempionatı. 1-ci tur


“Real Bakı” – “Atəşgah” 4:3

“Abşeron” – “Birbaşa Bakı” 1:5

“Turan” – “Galaxy” 4:2

“Veteran” – “Baku Fire” 7:1

“Dinamo Gəncə” – “Siyəzən” 4:3

“İnter” – “Sumqayıt” 4:2

“Zirə” – “Odlar Yurdu” 4:1

“Dirçəliş” – “Aznur” 1:5