Yığmamız yarımfinala yüksəlib

Yığmamız yarımfinala yüksəlib

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə Albaniya ilə qarşılaşan yığma rəqibinə 21:13 hesabı ilə qalib gəlib.

Yer aldığı B qrupunda bütün oyunlarını qələbə ilə başa vuran millimiz adını yarımfinala yazdırıb.

Komandamızın yarimfinal qarşılaşması Bakı vaxtı ilə saat 21:15-də başlanacaq.