"Bu dəfə də oyunun sonlarında yaxşı oynamadıq" - Boban Mitev
"Sabah"ın basketbol komandası FIBA Avropa Kubokunun ikinci oyununda Şimali Makedoniyada “Rabotniçki”yə 83:81 hesabı ilə qalib gəlib.
Mediasport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Boban Mitev oyun haqda fikirlərini bölüşüb.
"Oyunçularımı təbrik edirəm. Onlar xüsusilə də fasilədən sonra oyundan qopmadılar. İlk hissədəki səhvləri təkrarlamadılar. Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu. Oyunun gedişatını dəyişməyi bacardıq. İlk oyunda olduğu kimi, bu dəfə də oyunun sonlarında yaxşı oynamadıq. Bu da komandanın avrokubok təcrübəsinin az olmasından irəli gəlir. Lakin daha yaxşı oyun sərgiləyəcəyimizə inanıram. "Rabotniçki" klubunu cari mövsümdə uğurlar arzulayıram".
İlk oyunda "Donar"ı məğlub edən "Sabah"ın növbəti rəqibi "Rapid" olacaq. Görüş sabah keçiriləcək.