Xaçmaz klubu liderlərlə xallarının sayını bərabərləşdirib

Xaçmaz klubu liderlərlə xallarının sayını bərabərləşdirib

Azərbaycan Basketbol Liqasında 12-ci turun daha bir oyunu baş tutub.

Mediasport.az xəbər verir ki, "NTD-İndiqo" səfərdə "Gəncə" ilə qarşılaşıb.

Matç Xaçmaz klubunun qələbəsi ilə yekunlaşıb - 94:80.

Xallarının sayını 22-yə çatdıran "NTD-İndiqo" liderlər qrupunda "Sabah" və "Xəzri"yə çatıb.

Gəncə təmsilçisi isə 14 xalla 9-cu sırada qərarlaşıb.

Tura sabah keçiriləcək "Şəki" - "Neftçi" görüşü ilə yekun vurulacaq.

Daha əvvəl "Xəzri" "Cəbrayıl"ı (100:81), "Xırdalan" "Sabah"ı (107:103), "Sərhədçi" isə "Sumqayıt"ı (91:63) məğlub edib.