Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb

Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, idmançımız batut gimnastikası üzrə yarışın həlledici mərhələsində bütün rəqiblərini qabaqlayaraq çempion adını əldə edib.

Qeyd edək ki, Azərbaycan millisi Niderlanda 4 gimnastla yollanıb.

Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparıblar.