"Asiya uşaqları" Oyunlarında gimnastımız "qızıl"ın astanasında

  "Asiya uşaqları" Oyunlarında gimnastımız "qızıl"ın astanasında

Azərbaycan gimnastı Şəms Ağahüseynova Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında finala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz həlledici mərhələyə bədii gimnastika üzrə yarışda lent ilə yüksəlib.

İyunun 26-da startı verilən yarış iyulun 6-na qədər davam edəcək.