Yığmamızın sabiq qalmaqalçı futbolçusu karyerasını başa vurdu
Adı Almaniyada intim qalmaqalda çıxan yığmamızın keçmiş futbolçusu Pərdis Fərcad-Azad karyerasını başa vurub.
mediasport.az xəbər verir ki, Almaniyaya getdikdən sonra Azərbaycan vətəndaşlığından da çıxan 34 yaşlı Pərdis maliyyə məsləhətçisi kimi fəaliyyət göstərməyə qərar verib.
Son olaraq Almaniyanın 5-ci liqa klubu “CFC Herta”da oynamış Zelendorf "Herta"sının yetirməsi maliyyəçiliklə bərabər investisiya, daşınmaz əmlak, bank, sığorta, kredit və.s. sahələr üzrə məsləhətçi olacaq.
Ölkəmizdə “Sumqayıt”, “İnter" ("Keşlə”, sonra “Şamaxı”) və “Zirə”də forma geyinmiş Azad əsas millimizdə 6 oyun keçirib. O, 2016-cı ildə məşhur alman model Cina-Liza Lofinqi zorlamaqda ittiham olunurdu.