Rahil Məmmədov Polşa klubu ilə 1,5 illik müqavilə bağlayıb - RƏSMİ
"Qarabağ"dan ayrılan Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib.
Mediasport.az xəbər verir ki, Lodz təmsilçisi 28 yaşlı müdafiəçinin transferini açıqlayıb.
Məmmədov Yüksək Liqada yarışan komanda ilə 1,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, LKS hazırda Polşa çempionatında 10 xalla sonuncu pillədə qərarlaşıb.