"Turan Tovuz" mükafatlandırıldı

"Turan Tovuz" mükafatlandırıldı

Futbol üzrə Azərbaycan I Divizionunda 2022/2023-cü illər mövsümünün bürünc mükafatçısı “Turan Tovuz-2” komandası medallarına qovuşub.

mediasport.az xəbər verir ki, komanda üzvləri Azərbaycan Premyer Liqasının “Qarabağ” - “Turan Tovuz” (3:1) oyunundan əvvəl mükafatlandırılıblar.

“Turan Tovuz-2”yə medalları PFL prezidenti Elxan Səmədov və "Huner Group"un rəhbəri Ehtiram Quliyev təqdim edib.

Birinci Divizionda çempion "Araz Naxçıvan" komandası olub. 2-ci yeri "Neftçi"nin əvəzediciləri tutub.