Renat Dadaşovdan Türkiyə Superliqasında uğurlu debüt
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov "Hatayspor"un heyətində Türkiyə Superliqasında debüt oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Volkan Dəmirəlin komandası iddialılardan "Trabzonspor"u qəbul edib və 0:2 hesabı ilə geri düşdüyü qarşılaşmada əzmkarlıq göstərərək 3 qol vurmaqla qələbə qazanıb.
Renat 84-cü dəqiqədə meydana daxil olub və ikinci qolun vurulmasında yaxından iştirak edib.
"Hatayspor" 6 turdan sonra 10 xalla 4-cü sıraya yüksəlib.
Qeyd edək ki, yığmamızın forvardı Hatay təmsilçisində mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. O, İsveçrənin "Qrasshopper" klubuna məxsusdur.