Yoluna Avroliqada davam edəcək "Qarabağ"ın rəqibi müəyyənləşib
UEFA Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.
mediasport.az xəbər verir ki, Azərbaycan çempionunun qitənin ikinci nüfuzlu klub yarışında rəqibi də məlumdur.
Qurban Qurbanovun komandası Avroliqanın III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.
Finlandiyalılar ÇL-in II təsnifat mərhələsinin ilk matçında "Mölde"yə qalib gəlsələr də, cavab görüşündə norveçlilər əvəzini artıqlamasıyla çıxıblar - 2:0.
Görüşlər 10-17 avqustda baş tutacaq.