İranlı futbolçu MOİK-də - RƏSMİ
Futbol üzrə Azərbaycan 1-ci Liqası klubu “Araz Saatlı”nın yarımmüdafiəçisi Elşan Sabbaği karyerasını çempionatın digər təmsilçisi MOİK-də davam etdirəcək.
Mediasport.az xəbər verir ki, iranlı futbolçu "hərbçilər"ə mövsümün sonunadək icarəyə göndərilib.
22 yaşlı Elşan Saatlı klubunun heyətində 8 oyun keçirib, 1 qol vurub.
Qəzənfər Abbasovun baş məşqçisi olduğu "hərbçilər" Liqada 22 xalla "Şamaxı" ilə 2-3-cü yerləri bölüşdürürlər.
Lider "Qaradağ Lökbatan"ın 27 xalı var.